Fevralın 5-i saat 10:47-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Mingəçevir şəhəri, İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
“Təcili tibbi yardım briqadası tərəfindən 2010-cu il təvəllüdlü şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”.
Mingəçevirdə 15 yaşlı yeniyetmə ölüb.
Oxu.Az xəbər verir ki, 2010-cu il təvəllüdlü Yusif Yusifovun bu gün dərsdə halı pisləşib.
O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılanda yolda vəfat edib.
Qeyd edək ki, 15 yaşlı yeniyetmə bir ay öncə ürəyindən əməliyyat olunubmuş.
Comments are closed, but trackbacks and pingbacks are open.