Qızılın qiyməti bu həftə ikinci dəfə tarixi maksimumu yenilədi

Bu gün dünya bazarında qızılın bir unsiyasının qiyməti 2 900 ABŞ dollarını keçərək tarixi maksimumu yeniləyib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə silver.ru xəbər yayıb.

Bildirilib ki, qızılın qiyməti 2 901.41 dollara qədər yüksəlib.

O da qeyd olunub ki, qiymətli metalın dəyəri ABŞ və Çinin ticarət rüsumları tətbiq etməsindən sonra investorların təhlükəsiz aktivlərə olan tələbatı səbəbindən bu həftə artıq ikinci dəfə rekordu təzələyir. Qızıl üzrə əvvəlki tarixi maksimum bazar ertəsi, 3 fevral tarixində bir unsiya üçün 2 872 dollar səviyyəsində qeydə alınmışdı.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More