Türkiyə Kuboku: “Beşiktaş” rəqibinə şans vermədi

Türkiyə Kubokunun D qrupunda ikinci turun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, qrupun favoriti olan “Beşiktaş” ev matçında aşağı liqa təmsilçisi olan “Kırklarelispor”la qarşılaşıb.

İstanbul klubu rəqibinə şans verməyib – 2:0.

Hazırda “qartallar” 6 xalla D qrupuna başçılıq edir. “Kırklarelispor” isə 1 xalla 5-ci pillədə qərarlaşıb.

Bu 2 klubla yanaşı, qrupda “Antalyaspor”, “Sivasspor”, “Kocaelispor” və “Bodrum” komandaları da yer alıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More