Türkiyə Kubokunun B qrupunda 2-ci turun görüşləri keçirilir.
Oxu.Az xəbər verir ki, “Fənərbağça” ev matçında “Erzurumspor”u qəbul edib.
Gözlənildiyi kimi, İstanbul klubu aşağı liqa təmsilçisini darmadağın edib – 5:0. “Sarı-lacivərdlilər”in yeni transferi braziliyalı Taliska qarşılaşmada fərqlənməklə qol hesabını açıb. Ən-Nəsiri ilə dublla yadda qalıb.
Bu nəticədən sonra “Fənər” 6 xalla qrup liderliyinə yüksəlib. Qeyd edək ki, komanda ilə eyni qrupda “Qaziantep”, “Kasımpaşa”, “Göztepe” və “İstanbulspor” kimi klublar çıxış edir.
Xatırladaq ki, Türkiyə Kubokunun hazırki sahibi “Beşiktaş”dır.
Comments are closed, but trackbacks and pingbacks are open.