Xilasedicilər Vaşinqtonda (ABŞ) aviaqəzada həlak olan 67 nəfərin hamısının cəsədini aşkar edib və sudan çıxarıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə CBS telekanalı məlumat yayıb.
Qeyd olunur ki, qalan cəsədlər təyyarənin Potomak çayının dibindən qaldırılan quyruq və burun hissələrində aşkar edilib.
Hazırda mütəxəssislər 66 cəsədin qalıqlarını identifikasiya edə biliblər.
Xatırladaq ki, yanvarın 29-da “PSA Airlines” aviaşirkətinə məxsus “Bombardier CRJ700” sərnişin təyyarəsi Vaşinqton hava limanına eniş edərkən təlim uçuşu həyata keçirən “Sikorsky UH-60” (“Black Hawk”) hərbi helikopteri ilə toqquşub. Hər iki hava gəmisi çaya düşüb. Təyyarədə 64 nəfər, helikopterdə isə 3 nəfər olub. Onların hamısı həlak olub. ABŞ Müdafiə Nazirliyinin qərarına əsasən, hərbi helikopterin həlak olan ekipaj üzvlərindən birinin adı açıqlanmayacaq. Qəzanın dəqiq səbəbləri hələ müəyyən edilməyib.
Comments are closed, but trackbacks and pingbacks are open.