Zelenski Qərbdən nüvə silahı istədi

Ukrayna Prezidenti Volodimir Zelenski Qərbdən nüvə silahı və raketlər istəyib.

Oxu.Az xəbər verir ki, o, bu tələbini “X” sosial şəbəkəsində səs yazısının anonsunu yerləşdirən britaniyalı teleaparıcı Pirs Morqana müsahibəsində səsləndirib.

Videofraqmentdə Zelenski Ukraynanın NATO-ya daxil olmasını müzakirə edir və bunun yaxın gələcəkdə baş verməyəcəyini etiraf edir. Onun fikrincə, proses illərlə, onillərlə uzana bilər.

“Yardım paketi necə olacaq, hansı raketlər olacaq, bizə nüvə silahı verəcəklərmi? O zaman bizə nüvə silahı versinlər. Gəlin belə edək: nüvə silahımızı geri verin, bizə raket sistemləri verin”, – deyə Ukrayna lideri bildirib.

Bundan əlavə, o, Ukrayna ordusu üçün maliyyə yardımı xahişi ilə Qərb ölkələrinə müraciət edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More