ABŞ-dən sonra Argentina da ÜST-dən çıxır

Argentina Prezidenti Xavyer Miley ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə göstəriş verib.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi nümayəndəsi Manuel Adorni bildirib.

“Bildirmək istərdim ki, Prezident Xavyer Miley Argentinanın ÜST-dən çıxması ilə bağlı xarici işlər naziri Xerardo Verteynə göstəriş verib”, – Adorni mətbuat konfransında deyib.

O, bu addıma səbəblər arasında ilk növbədə COVID-19 pandemiyası zamanı sanitar siyasətlər ilə bağlı dərin fikir ayrılıqlarını qeyd edib.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More