AFAD: “Türkiyə və yaxın ətrafında 107 min zəlzələ baş verib”

“2023-cü il fevralın 6-dan bu yana Türkiyə və yaxın ətrafında 107 min 439 zəlzələ baş verib”.

Oxu.Az-ın “Haber Global”a istinadən xəbərinə görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Kahramanmaraş zəlzələsinin (6 fevral 2023-cü il) ildönümü ilə əlaqədar “X” hesabında etdiyi paylaşımda bildirib.

“2023-cü il fevralın 6-dan bu yana ölkəmiz və yaxın ətrafında 107 min 439 zəlzələ baş verib. Bu zəlzələlərin 73 min 402-si Kahramanmaraş zəlzələrindən sonrakı afterşoklar olub. Bölgədə gücü 4 baldan yuxarı olan 734 zəlzələ meydana gəlib”, – deyə paylaşımda qeyd edilib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More