Ağcabədidə itkin düşən gənc oğlan kanalda batıb

Ağcabədidə itkin düşdüyü bildirilən gənc oğlan kanalda batıb.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Ağcabədidə gənc oğlan itkin düşüb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, şəhərin Babək küçəsində yaşayan 17 yaşlı Adil Əkbər oğlu Həsənov fevralın 4-də evdən çıxaraq geri qayıtmayıb.

Bu barədə onun atası polisə müraciətində bildirib.

Araşdırma zamanı Adil Həsənova məxsus “Redmi” markalı mobil telefon Yuxarı Qarabağ kanalının kənarında tapılıb.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More