Azərbaycan Kubokunun dörddəbir final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən görüş “Araz-Naxçıvan” – “Zirə” görüşü nominal meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Oxu.Az xəbər verir ki, 61-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Bernardo Oliveira Diası komandasına qələbə qazandırıb.
Xatırladaq ki, bu gün dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Saat 18:30-da start götürəcək görüşdə “Səbail” “Qarabağ”ı qəbul edəcək.
Bu gün Azərbaycan Kubokunun dörddəbir final mərhələsinin ilk oyunlarına keçiriləcək iki görüşlə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, “Araz-Naxçıvan” “Zirə”ni saat 16:00-da, “Səbail” isə “Qarabağ”ı saat 18:30-da qəbul edəcək.
Xatırladaq ki, dörddəbir final mərhələsinin ilk oyun günündə “Neftçi” “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib, “Sabah” “Sumqayıt” matçında isə hesab açılmayıb 0:0.
Qeyd edək ki, dörddəbir final mərhələsinin cavab görüşləri fevral ayının 27 və 28-də keçiriləcək.
Comments are closed, but trackbacks and pingbacks are open.