Azərbaycanda məktəbdə qan töküldü

Ucarda məktəbli sinif yoldaşına ağır xəsarət yetirib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib.

Rəstəcə kənd tam orta məktəbin 9-cu sinif şagirdi, 2009-cu il təvəllüdlü M.H. ilə sinif yoldaşı Q.H. arasındakı mübahisə davaya çevrilib. Q.H. M.H.-yə bıçaqla xəsarətlər yetirib.

Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin yardım göstərildikdən sonra M.H. Göyçay Rayon Xəstəxanasına aparılıb.

Zərərçəkənin yaxınlarının sözlərinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More