Azərbaycanlı gənc Yunanıstanda HƏBS EDİLDİ

Azərbaycanlı gənc Elvin Əhmədov Yunanıstanda həbs edilib.

Oxu.Az xəbər verir ki, bir aydan çoxdur ki, həbsdə saxlanılan İmişli rayonu, Mircəlal kənd sakini Elvin Əhmədov “Xəzər Xəbər”ə bu barədə açıqlama verib.

O, telefon zəngində bildirib ki, 5 aydır nişanlandığı üçün Türkiyədə, Antalyada yaşayırmış.

O deyib ki, işi ilə əlaqədar Fethiye bölgəsindən mühərrikli qayıqla Bodruma gələrkən qayıqda nasazlıq yaranıb. Elə hər şey də bundan sonra baş verib.

Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən Korderius həbsxanasında saxlanılan Elvin iddia edir ki, saxlanılması və öz ölkəsinə deport edilməməsi qanunsuzdur. Çünki onun yaxalandığı qayığın texniki göstəricisi belə Türkiyədən Yunanıstana qədər gəlmək üçün uyğun deyil.

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) “Xəzər Xəbər”ə bildirilib ki, Elvin Əhmədovun Yunanıstanda həbs edilmə səbəbləri araşdırılır.

Ətraflı süjetdə:

Azərbaycanlı gənc Yunanıstanda HƏBS EDİLDİ







Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More