Bələdiyyə seçkisi ilə əlaqədar növbəti iclas: MSK-ya ünvanlanan müraciətlərə baxılıb

Mərkəzi Seçki Komissiyasının (MSK) 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkisi ilə əlaqədar növbəti iclası keçirilib.

Oxu.Az xəbər verir ki, iclasın gündəliyinə bələdiyyə seçkisi ilə əlaqədar MSK-ya ünvanlanan müraciətlərə baxılması ilə bağlı məsələ daxil edilib.

İclasda 81 saylı İmişli seçki dairəsinin beş məntəqəsində, 83 saylı Beyləqan seçki dairəsinin Aşurlu bələdiyyəsinin bir məntəqəsində, 74 saylı Masallı seçki dairəsinin Mahmudavar bələdiyyəsinin bir məntəqəsində, 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsinin Məlikli bələdiyyəsinin dörd məntəqəsində, 74 saylı Masallı seçki dairəsinin Musaküçə bələdiyyəsinin iki məntəqəsində, 72 saylı Cəlilabad kənd seçki dairəsinin bir məntəqəsində, 113 saylı Şəki seçki dairəsinin 42 saylı seçki məntəqəsində, 69 saylı Biləsuvar seçki dairəsi üzrə Nərimankənd bələdiyyəsinin beş məntəqəsində səsvermə günü qanun pozuntularına yol verilməsi ilə bağlı daxil olan iddialara baxılıb.

Müraciətlər Seçki Məcəlləsinin müvafiq maddələrinə əsasən, araşdırılması üçün həmin dairələrin seçki komissiyalarına göndərilib.

Bunlardan 72 saylı Cəlilabad kənd seçki dairəsindən edilən şikayət əsassız olub.

Xatırladaq ki, seçkidə 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31.45 faiz olub.

Mərahim Nəsib

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More