Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs SAXLANILDI

Paytaxt sakini olan 32 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini və 4 500 manat pul tələb etdiyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat yayılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 35 yaşlı T.Əhliyarlı müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More