Türkiyənin Dənizli vilayətinin Akalan məhəlləsində yaşayan 17 yaşlı Mehmet Koparanın bağçasında saxladığı altı aylıq xoruz banladıqdan sonra huşunu itirib.
Oxu.Az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, M.Koparan əlində banlayan xoruzun videosunu sosial şəbəkə hesablarında paylaşdıqdan sonra kadrlar böyük marağa səbəb olub.
M.Koparan bildirib ki, xoruz 17 saniyə banladıqdan sonra huşunu itirib və bir müddət sonra yenidən ayağa qalxıb.
Xoruzun banlayarkən qəribə səslər çıxarması da diqqət çəkib.
Comments are closed, but trackbacks and pingbacks are open.