İspaniya Kuboku: “Real Madrid” son dəqiqə qolu ilə yarımfinalda

İspaniya Kral Kubokunda ikinci 1/4 final matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, “Leqanes” doğma meydanda “Real Madrid” qarşısında sonadək tab gətirə bilməyib. Ev sahibləri 2 top geridən gələrək hesabı bərabərləşdirsələr də, əlavə olunmuş dəqiqələrdə buraxılan qolla məğlub olublar – 2:3.

Qələbə sayəsində “Real” həmyerlisi “Atletik”in ardınca adını yarımfinala yazdırıb.

Qeyd edək ki, bu iki klubla yanaşı “Barselona”, “Valensiya”, “Real Sosyedad” və “Osasuna” da Kral Kuboku uğrunda mübarizə aparır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More