Səhiyyə Nazirliyinin 10-a yaxın plastik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv etdiyinə dair məlumat yayılıb.
Oxu.Az məsələni dəqiqləşdirmək üçün plastik cərrahlarla əlaqə saxlamağa çalışıb.
“Milan Hospital”da plastik cərrah kimi fəaliyyət göstərən Könül Ağamirovanın özü ilə danışmaq mümkün olmasa da, klinika plastik cərrahın lisenziyasının ləğv edilməsini təkzib edib:
“Hazırda həkimin (Könül Ağamirova) sənədləri komissiyada yoxlanışdadır. Yayılan xəbərlər yalandır”.
Daha bir plastik cərrah Rəna Quliyevanın vəkili Kənan Sivas da Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:
“Rəna Quliyevanın lisenziyasının ləğv edilməsi ilə bağlı yayılan xəbərlər dezinformasiyadır. Xəbəri yayan saytlarla bağlı işgüzar nüfuza xələl gətirilməsi, mənəvi-maddi ziyan, dezinformasiyanın yayılıb tirajlanmasına görə məhkəməyə müraciət ediləcək”.
Plastik cərrah Şövkət Əliyevanın da özü zənglərimizə cavab verməyib. Lakin telefonu götürən şəxs bildirib ki, fəaliyyət göstərmirlər:
“Hazırda işləmirik. Həkim özü məlumat verəcək”.
Qeyd edək ki, plastik cərrahlar Sevinc Heydərova, Bəhicə Kərimova, Rəna Quliyeva, Könül Ağamirova və Şövkət Əliyeva, Təbəssüm Qurbanovanın lisenziyalarının ləğv edildiyi bildirilir.
Aləmdə Nəsib
Comments are closed, but trackbacks and pingbacks are open.