Məhkəmə jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib.
Oxu.Az xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində onunla bağlı istintaq orqanının təqdimatına baxılıb.
Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub. Şahnaz Bəylərqızı barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Comments are closed, but trackbacks and pingbacks are open.