ABŞ Prezidenti Donald Trampın doğum hüququ əsasında vətəndaşlıq verilməsinin məhdudlaşdırılması haqqında fərmanının qüvvəsi qeyri-müəyyən müddətə dayandırılıb.
Oxu.Az-ın “The Washington Post” qəzetinə istinadla verdiyi məlumata görə, Merilend ştatının federal hakimi bu barədə qərar çıxarıb.
Bildirilir ki, bir sıra hüquq-müdafiə təşkilatları tərəfindən ABŞ prezidentinin fərmanının ləğvinə nail olmaq cəhdi ilə bağlı təqdim edilmiş iddia üzrə dinləmədən sonra hakim Debora Bordmen müvəqqəti məhkəmə qadağası qərarı çıxarıb.
Hakimin sözlərinə görə, fərman ABŞ konstitusiyasının 14-cü düzəlişinin mətninə birbaşa ziddir.
Müddətsiz qadağa işə baxıldığı vaxt ərzində və ya yuxarı məhkəmə instansiyası onu ləğv edənə qədər qüvvədə qalacaq.
Xatırladaq ki, yanvarın 20-də vəzifəsinin icrasına başlayan Tramp həmin gün axşam doğum hüququ əsasında ABŞ vətəndaşlığının verilməsinin məhdudlaşdırılması haqqında fərman imzalayıb. Sənəd qeyri-qanuni miqrantların uşaqlarına doğum hüququ əsasında vətəndaşlığın verilməsinə məhdudiyyətlər nəzərdə tutur.
Comments are closed, but trackbacks and pingbacks are open.