Braziliya millisinin və İspaniyanın “Real Madrid” klubunun sabiq futbolçusu Marselo (Marcelo Vieira da Silva Junior) karyerasını başa vurub.
Oxu.Az xəbər verir ki, bu barədə cinah müdafiəçisi özü sosial şəbəkə hesabında paylaşım edib.
O, 36 yaşında futbolla vidalaşdığını qeyd edib.
Qeyd edək ki, 2007-2022-ci illər aralığında Madrid təmsilçisinin formasını geyinmiş Marselo altı dəfə La Liqanın, iki dəfə İspaniya Kubokunun, beş dəfə Superkubokun, beş dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Superkubokunun qalibi olub.
Comments are closed, but trackbacks and pingbacks are open.