Messinin oğlunun bir matçda 11 qol vurdu?

Əfsanəvi argentinalı hücumçu Lionel Messinin oğlu Tiaqo Messinin MLS-in 13 yaşınadək futbolçular arasında “İnter Mayami” ilə matçda 11 qol vurması ilə bağlı məlumatlar yayılıb.

Oxu.Az sport24.ru-ya istinadən xəbər verir ki, bu məlumatın daha sonra saxta olduğu üzə çıxıb

Bu xəbəri bir çox KİV, o cümlədən İspaniyanın məşhur idman saytı “Marca” dərc edib.

Məlumatda “İnter Mayami”nin “Atlanta Yunayted”i 12:0 hesabı ilə məğlub etdiyi, Leo Messinin 12 yaşlı oğlunun 12, 27, 30, 35, 44, 51, 57, 67, 76, 87 və 89-cu dəqiqələrdə qol vurduğu bildirilir.

Qeyd olunur ki, əslində bu məlumat saxtadır və əvvəlcə uydurma yazıların dərc edilməsində ixtisaslaşan hesab tərəfindən yayılıb. 13 yaşadək futbolçulardan ibarət futbol matçları 90 dəqiqə davam etmir və “İnter Mayami” bu mövsüm “Atlanta Yunayted” ilə qarşılaşmayıb.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More