Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2025-2027-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
B qrupunda yer alan U-21 Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllüttariq yığmaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, 2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək.
Comments are closed, but trackbacks and pingbacks are open.