Pərvin Məmmədova yeni vəzifəyə təyin olundu

Pərvin Məmmədova yenidən Qarabağ Dirçəliş Fondun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Oxu.Az xəbər verir ki, bu barədə o, öz “Facebook” hesabında paylaşım edib.

Xatırladaq ki, Pərvin Məmmədova bir müddət əvvəl səhhətilə əlaqədar olaraq vəzifəsindən ayrılmışdı.

Qeyd edək ki, P.Məmmədova bundan əvvəl Odlar Yurdu Universitetinin, daha əvvəl isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi vəzifəsində çalışıb.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More