Parisdəki “Rus evi” bağlana bilər

Fransa Parisdəki “Rus evi” təşkilatının fəaliyyətinin dayandırılması üçün tədbirlər görür.

Oxu.Az-ın Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov deyib.

Onun sözlərinə görə, təşkilatın hesabları dondurulub: “İndi “Rus evi”nin işini tamamilə dondurmağa cəhdlər göstərilir”.

Səfir əlavə edib ki, Fransa tərəfi ilə bu məsələ üzrə çətin danışıqlar aparılır: “Rus evi” burada ikitərəfli sazişlərə əsaslanaraq qanuni fəaliyyət göstərir”.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More