Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Tatarıstan şirkətləri arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf Rusiyanın Tatarıstan Respublikasının baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb.
Söhbət zamanı SOCAR ilə Tatarıstanın “Tatneft” Publik Səhmdar Cəmiyyəti (PSC) arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, iki şirkət arasında birgə reallaşdırılan layihələrin önəmi qeyd olunub.
Görüşdə Tatarıstan nümayəndə heyətində təmsil olunan şirkətlərin fəaliyyət sahələrinə dair məlumatlar təqdim edilib.
Comments are closed, but trackbacks and pingbacks are open.