Türkiyə Kubokunun II turunda “Boluspor” klubu “Qalatasaray”ı qəbul edib.
Oxu.Az xəbər verir ki, “Boluspor”da çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli 11-ci dəqiqədə topu rəqibin qapısına göndərərək komandasını önə çıxarıb. Lakin bu üstünlük uzun sürməyib, çünki “Cimbom”un yeni transferi Alvaro Morata tez bir zamanda bərabərlik qolunu vurub.
Görüş “Boluspor”un 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Türkiyə Kubokunun II turunda “Boluspor” klubu “Qalatasaray”ı qəbul edir.
Oyunu Oxu.Az portalından canlı olaraq izləyə bilərsiniz:
Oxu.Az xəbər verir ki, Yiğit Arslanın idarə etdiyi görüş Bakı vaxtı ilə saat 17:00-da start götürüb.
Oyunun 12-ci dəqiqəsində “Boluspor”da çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli rəqibinə qol vurub.
“Qalatasaray”ın cavab qolunu isə doqquz dəqiqə sonra yeni transferi Alvaro Morata vurub.
Hazırda hesab 1:1-dir.
Comments are closed, but trackbacks and pingbacks are open.