Yaponiyada güclü qar bir nəfərin ölümünə səbəb olub, çoxlu sayda xəsarət alanlar var

Yaponiyanın şimalında güclü qar nəticəsində azı bir nəfər ölüb, doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Xayasi bildirib.

O, yaşayış binalarına ziyan dəydiyini, 790-a yaxın evin işıqsız qaldığını vurğulayıb.

“38 sürətli yolda hərəkət dayandırılıb, 134 reys təxirə salınıb”, – Y.Xayasi vurğulayıb.

Yosimasa Xayasi vətəndaşları açıq havada ehtiyatlı olmağa çağırıb.

Yaponiyada güclü qar bir nəfərin ölümünə səbəb olub, çoxlu sayda xəsarət alanlar var







Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More