ABŞ Avropaya qaz tədarükünü əhəmiyyətli dərəcədə azaldıb

Birləşmiş Ştatlar Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü son üç ilin ən aşağı səviyyəsinə endirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə “RİA Novosti” ABŞ-nin statistika xidmətlərinə istinadən məlumat yayıb.

2024-cü il ərzində ABŞ Avropaya ümumilikdə 12.73 milyard dollar dəyərində LNG tədarük edib. Bu, ötən illə müqayisədə 26 faiz az olmaqla, 2021-ci ildən bəri ən aşağı satış həcmidir. ABŞ qazının alışında lider 3.24 milyard dollarlıq qaz alan Niderland və 2.24 milyard dollarlıq mayeləşdirilmiş təbii qaz alan Fransa olub.

Ənənəvi olaraq Almaniya, İspaniya və İtaliya, həmçinin Şərqi və Cənubi Avropa ölkələri də ABŞ qazının idxalçıları olub.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More