ABŞ Prezidenti Donald Trampın Administrasiyası ölkənin Səhiyyə və Sosial Xidmətlər Departamentində minlərlə əməkdaşı işdən çıxarmağa hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Administrasiya əməkdaşları artıq müvafiq fərmanı hazırlayırlar. Bundan başqa, Səhiyyə Nazirliyinin məmurlarına qurumda mühüm rol icra edən və öz vəzifələrini saxlamalı olan, eləcə də işdən çıxarıla biləcək şəxslərin siyahısını hazırlamağı tapşırıb.
Ağ Evin rəhbəri müvafiq fərmanı artıq gələn həftə imzalaya bilər.
Xatırladaq ki, ABŞ-nin 40 mindən çox dövlət qulluqçusu səkkiz ayın maaşının ödənilməsi qarşılığında könüllü işdən çıxmağa razılaşıb.
Comments are closed, but trackbacks and pingbacks are open.