Abşeron Gənclər Şəhərciyində qadın QORXU YARATDI

Abşeron Gənclər Şərhərciyində çox narahat bir vəziyyət yaranıb.

Oxu.Az xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər Baku.ws-in “qaynar xətti”nə şikayətlərində bildiriblər.

Qeyd edirlər ki, bütün bina sakinləri, yaxın qonşular həmin binanın birinci mərtəbəsində yaşayan və vaxtaşırı qeyri-adi hərəkətlər edən qadına görə həyəcan keçirirlər.

“Bakı-Sumqayıt yolunun 7-ci kilometrində yerləşən Abşeron Gənclər Şəhərciyi adlanan yaşayış massividir. Həmin binada yaşayan qadın gecələr qışqırır. Aşağıda dayanan avtomobillərin üzərinə əşyalar, yumurta və digər şeylər atır. Dayanmadan qışqırır və çox qorxuducu hal yaradır”, – deyə şikayətçilər bildiriblər.

Qeyd edək ki, problemlə bağlı lazımi yerlərə şikayət olunsa da, məsələ həllini tapmayıb.

Həmin görüntüləri təqdim edirik:



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More