Bakıda iki böyük park istifadəyə veriləcək

“Bakı şəhərində iki böyük parkın istifadəyə verilməsi nəzərdə tutulur”.

Oxu.Az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Mirhəsən Həsənov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı ictimai dinləmədə deyib.

O qeyd edib ki, Bakı şəhərində parkların, yaşıllıqların olması önəm kəsb edən amildir:

“Son aylar bu istiqamətdə müxtəlif işlər görülüb. Yaxın vaxtlarda iki böyük park istifadəyə veriləcək. Bunlardan biri metronun “Gənclik” stansiyasının ətrafındadır”.

O vurğulayıb ki, paytaxtda nəqliyyatın hərəkəti, eyni zamanda piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir sıra tədbirlərin keçirilməsi zərurəti var:

“Bununla bağlı bir sıra layihələrin icrası gözlənilir. Bu məsələlər ciddi şəkildə təhlil edilir və müvafiq tədbirlər görülür. Yolun bizim üçün nə qədər vacib olmasını hər kəs dərk etməlidir”.

Aygün Mirakif

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More