Bakının mərkəzində məlumatlandırıcı lövhə avtobus yoluna aşdı

Güclü külək səbəbindən paytaxtın mərkəzində yerləşən məlumatverici lövhə aşıb.

Oxu.Az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi, 53 ünvanında baş verib.

Yol kənarında hündürlükdə yerləşən lövhə yolda hərəkət edən 61 saylı avtobusun kənarına aşıb. Aşmış lövhə avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.

Hərəkət müvəqqəti dayanıb və avtobusun yan hissəsinə ilişib qalan lövhə yaxınlıqda olan şəxslərin köməyi ilə götürülüb.

Bundan sonra sərnişin avtobusu yoluna davam edib.

Xoşbəxtlikdən xəsarət alan olmayıb.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More