Birinci Qarabağ müharibəsinin üç şəhidi bu gün dəfn olunacaq

Bu gün Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilmiş daha üç şəhid dəfn olunacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Dəfn olunacaq şəhidlərdən üçü də hərbçi olub.

Tərlan Fikrət oğlu Məmmədov Yevlax şəhəri Şəhidlər xiyabanında, Müşfiq İbrahim oğlu Quliyev Cəbrayıl rayonu Horovlu kənd qəbiristanlığında, Elşən Qubad oğlu Tağıyev isə Salyan rayonu Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunacaqlar.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More