Demensiyadan (Beyinin frontal və temporal loblarında sinir hüceyrələrinin degenerasiyası nəticəsində yaranan xəstəlik) əziyyət çəkən amerikalı aktyor Bryus Uillis xəstəliyin inkişafı səbəbindən artıq danışa bilmir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Hollivud ulduzunun qızı Tallula Uillis xəbər verib.
Onun sözlərinə görə, ailəsi onun həyatı üçün ciddi narahatlıq keçirir, çünki onun vəziyyəti kəskin pisləşməyə başlayıb.
Xatırladaq ki, 2023-cü ildə aktyora frontotemporal demensiya diaqnozu qoyulub. Son iki il ərzində xəstəlik çox sürətlə inkişaf edib.
Comments are closed, but trackbacks and pingbacks are open.