İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistan İstintaq Komitəsinin vəsatəti üzrə iki rusiyalını iki ay müddətinə həbs edib.
Oxu.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, onlar İrəvan metropolitenində xuliqanlıq şübhəsi ilə saxlanılıblar.
Hadisə zamanı ümumilikdə dörd rusiyalı və bir Litva vətəndaşı metroda vandalizmə görə saxlanılıb.
Bildirilir ki, sərnişinlərdən biri qatarın “qəza düyməsi”ni sıxıb. Maşinist bu barədə dispetçerə məlumat verərkən maskalı beş nəfər vaqonları boyayıblar. Onlar Gürcüstanla sərhədi keçmək istəyərkən ələ keçiblər.
Barələrində xuliqanlıq maddəsi üzrə cinayət işi qaldırılıb.
Comments are closed, but trackbacks and pingbacks are open.