Hoteldə qızla tanış olmaq üçün qalmaqala səbəb olan azərbaycanlı futbolçu komandadan qovuldu

“Turan Tovuz” klubunun futbolçusu Nahid Əliyev Bakıda yerləşən hotellərin birində qızla tanış olmağa çalışarkən qalmaqala səbəb olub.

Oxu.Az “Sportinfo”ya istinadən xəbər verir ki, gənc oyunçu komandanın yerləşdiyi məkanda qarşısına çıxan qızla tanış olmaq istəyib.

Xarici ölkə vətəndaşı olan zərif cinsin nümayəndəsi onun təklifini qəbul etməyib. Oğlanın ondan əl çəkmədiyini görən əcnəbi xanım hotelin təhlükəsizlik xidmətinə şikayətlənib.

Onlar da öz növbəsində bu barədə klub funksionerlərini məlumatlandırıblar. Hadisə yerinə gələn rəsmilər qızı sakitləşdiriblər.

Eyni zamanda klubun baş məşqçisi Kurban Berdiyev Nahid Əliyevi düşərgədən uzaqlaşdırıb.

Rusiyalı çalışdırıcı 2005-ci il təvəllüdlü gənci yalnız əsas komandadan kənarlaşdırmayıb. O, əvəzedici heyətin qapılarını da yarımmüdafiəçinin üzünə bağlayıb.

“Turan Tovuz”un futbol akademiyasının koordinatoru Eltay Aslanovun bacısı oğlu olan N.Əliyev həm də noyabrın 10-da etdiyi hərəkətlə 73 yaşlı mütəxəssisin qəzəbinə tuş gəlib. Belə ki, N.Əliyev əvəzedici heyətin “Səbail-2” ilə keçirdiyi matç (1:1) günü yoxa çıxıb. Nə komandayla Bayıla gəlib, nə də telefon zənglərinə cavab verib.

Yalnız qarşılaşmadan xeyli sonra onunla əlaqə saxlamaq mümkün olub. Nahid iddia edib ki, oyun günü olduğunu unudub və yatıb qalıb.

Berdiyev bu barədə bilgi alandan sonra müvafiq göstəriş verib. Baş məşqçinin tapşırığına əsasən, yarımmüdafiəçi o tarixdən bəri meydan üzünə həsrət qalıb.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More