“Tesla” və “SpaceX”in qurucusu İlon Mask ABŞ Prezidenti Donald Trampa sevgisini bəyan edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə özünün “X” hesabında yazıb.
“Mən Donald Trampı heteroseksual kişinin başqa kişini sevə biləcəyi qədər sevirəm”, – paylaşımda qeyd olunub.
I love @realDonaldTrump as much as a straight man can love another man
— Elon Musk (@elonmusk) February 7, 2025
Xatırladaq ki, Mask Trampın kampaniyasına təxminən 75 milyon dollar ianə edib. O, həmçinin siyasətçiyə dəstək üçün bir neçə mitinqdə çıxış edib. “Reuters”in məlumatına görə, bunun müqabilində milyarder qeyri-adi nüfuz və biznesi üçün azadlıq əldə edib.
Comments are closed, but trackbacks and pingbacks are open.