Kevin De Bruynenin yeni komandası bəlli olub

Belçikalı pleymeyker Kevin De Bruyne 2024/2025 mövsümünün sonunda “Mançester Siti”ni tərk edəcək.

Oxu.Az “Todofichajes”ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi artıq yeni klubu ilə bağlı da qərarını verib. O, karyerasını ABŞ-də davam etdirəcək. Təcrübəli oyunçu ABŞ-nin “San Dieqo” klubuna keçidə razılaşıb.

De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir. Futbolçunun ingilis klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununda başa çatacaq. “Transfermarkt” ulduz futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More