Lautaro Martines karyerasını İngiltərədə davam etdirə bilər

İngiltərənin “Arsenal” klubu İtaliya A Seriyası təmsilçisi “İnter”in hücumçusu Lautaro Martinesi transfer etmək niyyətindədir.

Oxu.Az “Fichajes”ə istinadən xəbər verir ki, “Arsenal” yay transfer pəncərəsində 27 yaşlı argentinalı hücumçu üçün 120 milyon avrodan çox məbləğ xərcləmək istəyir.

İngiltərə klubu qış fasiləsində heç kimi heyətinə qata bilməyib.

Qeyd edək ki, L.Martines bu mövsüm bütün turnirlərdə 31 oyunda 15 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 100 milyon avro qiymətləndirir.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More