“Neft Daşları”nda sızma olub – SOCAR-dan AÇIQLAMA

“Azneft” İstehsalat Birliyinin “Neft Daşları”- Çilov – Şah saçı – Dübəndi neft xəttində sızma müşahidə edilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-də “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) ərazisindən və “Günəşli” yatağından nefti sahilə nəql edən xətdə sızma olması ilə bağlı məlumat yayılıb.

“Qeyd olunan neft xətti “Neft Daşları”ndan neft və kondensatın Dübəndi istiqamətində nəqlini həyata keçirir. Küləkli hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, yaranmış vəziyyətin aradan qaldırılması üçün müvafiq addımlar atılır”, – SOCAR-ın cavabında vurğulanıb.

Bildirilir ki, təmir-bərpa işlərini həyata keçirəcək heyətin təhlükəsizliyini təmin etmək üçün hava şəraitinin sabitləşməsi gözlənilir:

“Əməliyyatın təhlükəsiz icrası üçün uyğun şərait yarandıqdan sonra təmir-bərpa işləri tamamlanacaq”.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More