Oyuna görə özünü öldürən Ələkbərin intiharında YENİ DETAL

Yardımlıda intihar edən yeniyetmə ilə bağlı bəzi detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 15 yaşlı Ələkbər Şükürlü intihar etmədən öncə anası ilə təhdid edilib.

Belə ki, yeniyetmənin oynadığı oyunda tələb özünü öldürməsi olub. Əks halda anasını öldürəcəkləri ilə bağlı mesaj alıb.

Nəticədə isə Ə.Şükürlü canına qəsd edib.

Qeyd edək ki, bir neçə gün öncə 15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Aytac Qasımova



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More