Şolts Trampın planını rədd etdi

Almaniya Kansleri Olaf Şolts ABŞ Prezidenti Donald Trampın fələstinliləri Qəzza zolağından ərəb ölkələrinə daimi əsasda köçürmək planına qarşı qətiyyətlə çıxış edib.

Oxu.Az TASS-a istinadla xəbər verir ki, O.Şolts bunu seçkiqabağı tədbir zamanı deyib:

“Mən Prezident Trampın irəli sürdüyünü tamamilə rədd edirəm. Biz Qəzza sakinlərini Misir və İordaniyaya köçürməməliyik”.

Kansler əlavə edib ki, Yaxın Şərqdə gələcək eskalasiyanın qarşısını almaqdan və Fələstinlə İsrail arasında dinc yanaşı yaşamanı təmin etməkdən ötrü mümkün olan hər şeyi etmək lazımdır.

Xatırladaq ki, D.Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini təklif edib. O bu fikri İordaniya Kralı II Abdullahla telefon danışığı zamanı irəli sürüb. D.Tramp qeyd edib ki, Qəzza artıq xarabalığa çevrilib, orada salamat bina qalmayıb və gələcəkdə İsrailin bu ərazini yenidən bombalamayacağına dair təminat yoxdur.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More