Suriya hökuməti YPG-yə qarşı necə mübarizə aparacaq? – Problem “Haber Global”da müzakirə edilib

“Haber Global” televiziya kanalında Suriyada müvəqqəti hökumətin rəhbəri Əhməd əş-Şaraanın Türkiyəyə səfərinin bölgənin siyasi gündəliyinə təsirləri müzakirə edilib.

Oxu.Az xəbər verir ki, verilişdə iştirak edən ekspertlərin əsas müzakirə mövzusu Əhməd əş-Şaraa hökumətinin PKK terror təşkilatının Suriya qolu olan YPG-ni (“Xalqı Müdafiə Birliyi”) zərərsizləşdirmək istiqamətində hansı addımları atacağı olub.

Verilişdə iştirak edən ekspert Güngör Yavuzarslan bildirib ki, hazırda Suriyanın şimalında fəaliyyət göstərən kürd administrasiyasının əsas məqsədi Dəməşqdə iqtidara gələn hökumətə üzdə loyal münasibət göstərmək, eyni zamanda, Suriya ordusunun kürdlərin yaşadıqları əraziyə daxil olmasının qarşısını almaq, nəticə etibarı ilə də daxili müstəqilliyi və silahlı qruplaşmaları qorumaqdır.

Suriya hökuməti YPG-yə qarşı necə mübarizə aparacaq? – Problem “Haber Global”da müzakirə edilib







Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More