Transgender meymunlar və başqa heyvanlar: Bayden hökumətinin qəddar eksperimentləri üzə çıxdı

Baydenin hökuməti transgender meymun, siçan və siçovulların yetişdirilməsinə 10 milyon dollar xərcləyib.

Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Cənubi Karolina ştatından olan respublikaçı üzvü Nensi Meys məlumat verib.

Onun sözlərinə görə, əvvəlki administrasiya bu cür heyvanların narkotik dozasının həddini aşmasına həssaslığı və HİV-ə yoluxma qabiliyyəti ilə bağlı tədqiqatları maliyyələşdirib.

“Keçən il vergi ödəyicilərinin 10 milyon dollardan çox vəsaiti transgender meymun, siçan və siçovulların yaradılmasına xərclənib. Bu DEI qrantları (Müxtəliflik, Bərabərlik və İnklüzivlik proqramları) ölkə universitetlərində heyvanlara invaziv cərrahiyyə və hormon terapiyası üzrə ağrılı və ölümcül transgender eksperimentlərinin aparılmasına yönəldilib”, – deyə o bildirib.

Qanunverici əlavə edib ki, Bayden və Kamala Harris administrasiyası transgender siçanların reproduktiv qabiliyyətlərinin öyrənilməsinə 2.5 milyon dollar xərcləyib.

Xatırladaq ki, yanvarın 20-də andiçmə mərasimindən sonra Prezident Donald Tramp bir sıra fərmanlar, o cümlədən federal idarələrdə bütün inklüzivlik və müxtəliflik proqramlarının bağlanması, ABŞ-də yalnız iki – kişi və qadın cinsinin tanınması barədə fərman imzalayıb.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More