Türkiyədə KFC və “Pizza Hut”ın yüzlərlə filialı bağlandı: İşçilər maaşsız və təzminatsız qaldılar

Türkiyədə “fast-food” sektorunun aparıcı brendlərindən olan KFC və “Pizza Hut”ın operatoru “İş Gıda” şirkətinin müflis elan olunması minlərlə işçini pis vəziyyətdə qoyub.

Oxu.Az TRGT-yə istinadən xəbər verir ki, ölkə üzrə 283 KFC və 254 “Pizza Hut” filialı bağlanıb, təxminən 7 min işçi nə maaş, nə də təzminat ala bilib.

“İş Gıda”nın İstanbuldakı mərkəzi ofisi qarşısına toplaşan işçilər səslərini eşitdirməyə çalışıblar.

“Həqiqətən çox çətin vəziyyətdəyik. Banklara borcumuz var, bizə zəng vururlar. Yəqin ki, təzminatımız da verilməyəcək”, – işçilərdən biri deyib.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More