Xankəndidə enerji şəbəkəsi yenilənəcək

“Xocalı şəhərində yeni yarımstansiyanın tikintisi yekunlaşıb. Xankəndi şəhərinin hazırlanan Baş planına uyğun olaraq “Azərişıq” ASC-nin layihə və sxemləri hazırlanır”.

Oxu.Az-ın Şərqi Zəngəzura ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Zəngilanda keçirilən brifinqdə “Azərişıq” ASC-nin sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov deyib.

O bildirib ki, işlərin icrasına da yaxın günlərdə başlanılmalıdır:

“Xankəndi ərazisində şəbəkə köhnədir. Demək olar ki, istifadəyə yararsızdır. Xankəndi və Xocalı şəhərlərinin 35 kV-luq paylayıcı elektrik şəbəkələri iki müxtəlif 110 kV-luq güc mərkəzləri arası dairəvi elektrik təchizat sxeminin yaradılması işlərinə başlanılıb”.

Aləmdə Nəsib

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More