1994-cü ilin “Qızıl Top” mükafatının sahibi Xristo Stoiçkov 59 yaşında

Bu gün Bolqarıstan millisinin əfsanəvi futbolçusu 1994-cü ilin “Qızıl Top” mükafatçısı Xristo Stoiçkovun 59 yaşı tamam olur.

Oxu.Az xəbər verir ki, Stoiçkov Bolqarıstan millisi ilə 1994-cü ildə FIFA Dünya Kubokunda dördüncü yerin sahibi olub.

O, turnirdə vurduğu 6 qolla bombardir olduqdan sonra “Qızıl Top” mükafatının sahibi adına yiyələnib.

Qeyd edək ki, Xristo Stoiçkov məşqçi karyerası ərzində “Barselona”, “Selta Viqo”, “Sundoun”, “Rostov”, SSKA “Sofya” və Bolqarıstan millisini çalışdırıb.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More