Qəzza zolağında azad olunan üç israilli girov Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verilib və onlar israilli hərbçilərə tərəf yola düşüblər.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail müdafiə ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
“Qırmızı Xaçın təqdim etdiyi məlumata uyğun olaraq, üç girov onun nümayəndələrinə təhvil verilib və onlar Qəzza zolağında İsrail müdafiə ordusunun qüvvələrinə doğru yola düşüblər”, – deyə məlumatda bildirilib.
Comments are closed, but trackbacks and pingbacks are open.