Beynəlxalq MMA turnirinin qalibi olan qadın idmançımız: “Özümü döyüşə tam hazır hiss edirəm”

Qazaxıstanda MMA idman növü üzrə beynəlxalq “Oktaqon-69” liqa turnirinin qalibi Zümrüd Quliyev daha bir beynəlxalq yarışa hazırlaşır.

Bu barədə Oxu.Az-a açıqlamasında Zümrüd Quliyeva özü bildirib.

“Bir həftə sonra Gürcüstanda “K-1″ döyüş növü üzrə yarışda iştirak edəcəyəm. Rəqib gürcüstanlı döyüşçü olacaq. Artıq rəqibimi analiz etmişəm. Gürcüstanlı rəqibim kikboksinq idman növü ilə məşğul olur və MMA-da debüt döyüşünə mənimlə çıxacaq. Özümü döyüşə tam hazır hiss edirəm və qələbə qazanmaq üçün əlimdən gələni edəcəyəm”.

Zümrüd Quliyeva əlavə edib ki, “Oktaqon-69” turnirinin qalibi olduqdan sonra qadınların bu idman növünə həvəsinin artmasına səbəb olub.

“Qazaxıstanda qalib olduqdan sonra federasiyanın rəhbərliyi mənimlə əlaqə saxlayaraq bu idman növünə qadınlarda həvəsin ikiqat artmasına səbəb olduğumu dedi. Bu, mənə əlavə motivasiya verdi. Məndən öncə bu idman növünə qadınların marağı elə də çox deyildi. İndi isə tam əksinə MMA ilə məşğul olmağa çalışan çox sayda qadın məşqlərə başlayıb”.

Qeyd edək ki, Sumqayıtdan olan Zümrüd Quliyevanın məşqçisi Simral Məmmədovdur.

Anar Həsənov



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More