Britaniyada təyyarə qu quşlarının sürüsü ilə toqquşub

Böyük Britaniyaya məxsus “Tui” aviaşirkətinin təyyarəsi qu quşları ilə toqquşduqdan sonra təcili eniş etmək məcburiyyətində qalıb.

Oxu.Az xəbər verir ki, məlumatı “Daily Mail” nəşri yayıb.

Qeyd olunur ki, hadisə təyyarə havaya qalxarkən, təxminən 300 metr yüksəklikdə, saatda 300 kilometr sürətlə hərəkət edərkən baş verib.

Quşlar təyyarənin ön şüşəsini və elektron sistemlərini zədələyərək pilotları həyəcan siqnalı verməyə məcbur edib.

Uğurlu enişdən sonra ekipaj müşayiətçilərdən kömək istəyib, belə ki, qu quşları ilə toqquşan təyyarənin korpusunda kiçik çatlar yaranıb, ön şüşədə isə qan izləri qalıb.

Məlumat üçün əlavə edək ki, təyyarə Qatvik hava limanından Kabo-Verdeyə uçub.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More